Rusiya həbsxanasında 2350 azərbaycanlı cəza çəkir
Rusiya həbsxanalarında MDB ölkələri arasında ən çox əcnəbi məhbus Tacikistandandır. Belə ki, 8002 Tacikistan vətəndaşı Rusiya həbsxanasında cəza çəkir. İkinci yerdə Özbəkistan (6362), üçüncü yerdə Ukrayna (4761) gəlir.
Rusiya həbsxanalarında cəza çəkən Azərbaycan vətəndaşlarının sayı isə 2350 nəfərdir.
Ümumilikdə isə Rusiyada 618 490 nəfər həbsxanadadır. Bunlardan 48 385-i qadın, 1594-ü azyaşlıdır.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Rusiya Azərbaycan