Qarabağda erməni hərbçilər arasında atışma: Yaralılar var
İlkin məlumata görə, Madagiz yaşayış məntəqəsində yerləşən dağ-atıcı alayın bölüklərindən birinin komandiri baş leytenant Vaxe Qriqoryan içkili vəziyyətdə silah tətbiq edəcəyi hədəsi ilə əsgəri özü üçün qəbir qazmağa məcbur edib. Təhqirlərə dözməyən əsgər avtomat silahından atəş açaraq zabiti boğazından ağır yaralayıb. Hadisədən sonra əsgər özünə də atəş açaraq qəsd etmək istəyib.
Hadisə yerinə gələn digər hərbi qulluqçular yaralılara ilkin tibbi yardım göstəriblər. Hər iki hərbi qulluqçu hərbi hospitala yerləşdirilib.
AzVision.az
Teqlər: Dağlıq-Qarabağ atışma