Rusiya Əliyev və Sarkisyanın görüşünü təşkil edir – XİN açıqladı
“Moskva bu məsələdə əsas vasitəçi olub. Minsk qrupunun digər həmsədrlərinin Bakı və İrəvanın nümayəndələrini danışıqlar masası arxasına əyləşdirmək cəhdləri uğursuzluqla nəticələnib”, - mənbə nəşrə bildirib.
Rusiya XİN-dəki yüksək rütbəli mənbə qeyd edib ki, Fransa Bakı və İrəvanı danışıqlar masası arxasına oturtmaq istəyib, lakin bu səylər heç bir fayda verməyib: “Bununla belə dialoqun dəstəklənməsi prinsipial əhəmiyyətə malikdir. Məhz bunun sayəsində regionda tammiqyaslı müharibə alovlanmadı. Lakin tərəflərin məqsədləri və baxışları fərqlidir”.
Qeyd edək ki, iyulun 11-i Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı və erməni həmkarı Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşlər keçirib. Məsləhətləşmələr Avstriyanın Mauerbah şəhərində ATƏT ölkələrinin XİN rəhbərlərinin qeyri-rəsmi görüşü zamanı baş tutub.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: XİN Rusiya Azərbaycan Ermənistan