Putin-Tramp görüşünə saatlar qaldı

Putin-Tramp görüşünə saatlar qaldı
  07 İyul 2017    Oxunub:1829
Bu gün günün ikinci yarısında ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında Almaniyanın Hamburq şəhərində “Böyük İyirmilik” sammiti çərçivəsində görüş keçiriləcək.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, görüşün Bakı vaxtı ilə saat 17.45-də başlayacağı gözlənilir.

Görüş zamanı Suriyadakı vəziyyət və Ukraynadakı böhran, habelə Rusiya XİN-in ABŞ-dakı mülkiyyətinin həbsinə dair məsələlərinin müzakirə ediləcəyi bildirilir.

Qeyd edək ki, bu, Tramp və Putin arasında rəsmi səviyyədə ilk görüşdür.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Putin   Tramp   ABŞ   Rusiya  





Xəbər lenti