Britaniyalı deputat: Ermənistanın təxribatları yolverilməzdir

Britaniyalı deputat: Ermənistanın təxribatları yolverilməzdir
  07 İyul 2017    Oxunub:1202
Britaniyalı deputat Lord David Evans Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində Sahibə Quliyevanın və iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: “Ermənistanın son təxribatından sonra mən də beynəlxalq çağırışlara qoşuluram. Şübhəsiz ki, hər hansı insanın həyatını itirməsi faciədir və ölənlər uşaqlardırsa bu faciədən də betərdir. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu təxribat yolverilməzdir və qarşısı alınmalıdır. Bu qanlı hadisə beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həllindəki uğursuzluğunu bir daha təsdiqləyir. Mən Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün beynəlxalq təşkilatları daha ciddi addımlar atmağa çağırıram”.

AzVision.az


Teqlər: Alxanlı   Britaniya   Deputat   Ermənistan   Təxribat  





Xəbər lenti