Tatarıstanda matəm elan edildi

Tatarıstanda matəm elan edildi
  02 İyul 2017    Oxunub:8995
Tatarıstan prezidenti Rustam Minnixanov ötən gecə avtobus və yük avtomobilinin toqquşması nəticəsində 13 nəfərin ölməsi ilə əlaqədar matəm elan edib.
AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Qeyd edək ki, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Zainsk şəhəri yaxınlığında “KaMAZ”la “Neoplan” markalı sərnişin avtobusu toqquşub. Qəza nəticəsində 13 nəfər ölüb, 12 nəfər isə yaralanıb.

AzVision.az


Teqlər: Tatarıstan   Matəm   Qəza  





Xəbər lenti