Rüşvətxor məmurların reyestri yaradılır

Rüşvətxor məmurların reyestri yaradılır
  02 İyul 2017    Oxunub:3811
Rusiya prezidenti Vladimir Putin korrupsiya əməlinə görə vəzifəsindən kənarlaşdırılmış məmur, hüquq-mühafizə orqanların əməkdaşları və hərbçilərin reyestrinin yaradılması haqqında qanun imzalayıb.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dövlət sirri təşkil edən məlumatlar reyestrə daxil edilməyəcək.

Rüşvətə görə vəzifəsindən kənarlaşdırılan prokurorluq, İstintaq komitəsi, Yanğından Mühafizə Xidməti, daxili işlər orqanları, gömrük orqanı, hərbçi, Mərkəzi Bank, dövlət korporasiyaları, Pensiya Fondunun vəzifəli şəxsləri həmin siyahıya daxil ediləcək.

Rüşvətxorların reyestri dövlət informasiya sistemində dərc ediləcək.

AzVision.az


Teqlər: Rusiya   Putin   Məmur   Rüşvət  





Xəbər lenti