Türkiyədə helikopter qəzaya uğrayıb

Türkiyədə helikopter qəzaya uğrayıb
  02 İyul 2017    Oxunub:1512
Türkiyədə yanğınsöndürən helikopteri su anbarı yaxınlığında qəzaya uğrayıb.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, helikopter İzmirdə meşə yanğınlarının söndürülməsi üçün su çənini dolduran zaman qəzaya uğrayıb.

Beş ekipaj üzvü su anbarının mühafizə xidmətinin əməkdaşları tərəfindən xilas edilib. Onlardan biri yüngül xəsarət alıb.

AzVision.az


Teqlər: Türkiyə   Helikopter   Qəza  





Xəbər lenti