Avtobus yük maşını ilə toqquşub - 13 nəfər ölüb

Avtobus yük maşını ilə toqquşub - 13 nəfər ölüb
  02 İyul 2017    Oxunub:1444
Tatarıstanda baş verən ağır yol qəzasında ölənlərin sayı 13-ə çatıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verirki, xəsarət alan 12 nəfər isə xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Zainsk şəhəri yaxınlığında “KaMAZ”la “Neoplan” markalı sərnişin avtobusu toqquşub. Avtobusun Samara-İjevsk marşrutu ilə hərəkət etdiyi bildirilib.

AzVision.az


Teqlər: Qəza   Tatarıstan   Ölüm  





Xəbər lenti