Rusiya Moldova və Estoniya diplomatlarını ölkədən qovdu

Rusiya Moldova və Estoniya diplomatlarını ölkədən qovdu
  31 May 2017    Oxunub:1364
Rəsmi Moskva Kişinyovun analoji hərəkətlərinə cavab olaraq beş moldovalı diplomatı ölkədən çıxarır
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Qeyd olunub ki, Moldovanın Moskvadakı səfirliyinin 5 əməkdaşı “arzuolunmaz şəxs” (“persona-non-qrata”) elan edilib.Eyni zamanda Rusiya XİN oxşar addımı Estoniyaya qarşı da atıb.

Belə ki, Moldova səfirliyinin 5 əməkdaşı 3 gün, Estoniyanın Peterburqdakı baş konsulu və Estoniya Baş Konsulluğunun Pskovdakı dəftərxanasının rəhbəri 5 gün ərzində Rusiyanı tərk etməlidir. Bu addımın rusiyalı diplomatların Moldova və Estoniyadan çıxarılmasına cavab olaraq atıldığı açıqlanıb.

Qeyd edək ki, ötən gün Moldova XİN Rusiyanın ölkədəki səfirliyinin 5 diplomatını “persona –non-qrata” elan edib.

AzVision.az



Teqlər: Rusiya   Moldova  





Xəbər lenti