Tələbələrə güzəşt edildi

Tələbələrə güzəşt edildi
  31 May 2017    Oxunub:13299
Azərbaycan Dillər Universitetində (ADU) dövlət imtahanı ilə bağlı Elmi Şuranın iclası başa çatıb. AzVision.az xəbər verir ki, tələbələrin etirazına səbəb olan dövlət imtahanı ilə bağlı qərar dəyişdirilib.
Qərara əsasən, dövlət imtahanı əvəzinə tələbələrə iki variant təqdim ediləcək. Belə ki, onlara ya iki fəndən hərəsindən 50 sual olmaqla test imtahanı, ya da minimum 5 səhifəlik diplom işi yazmaq təklif olunacaq.

ADU-dan verilən məlumatda bildirilib ki, bu gün universitetdə keçirilən Elmi Şuranın iclasında universitetin kadr hazırlığı üzrə ixtisasların xüsusiyyətləri və tələbələrin istəyi nəzərə alınaraq universitetdə bakalavriat səviyyəsində yekun attestasiyanın ixtisas fənni üzrə tərtib olunmuş suallar əsasında imtahan və buraxılış işinin müdafiəsi formasında keçirilməsi qərara alınıb. Bununla yanaşı, yekun atestasiyanın uğurla aparılması üçün yay imtahan sessiyasının müddətinin uzadılması məqsədəmüvafiq hesab edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: ADU   Tələbə  





Xəbər lenti