Günün ən dəhşətli xəbəri FOTOLARDA

Günün ən dəhşətli xəbəri FOTOLARDA
  31 May 2017    Oxunub:1745
Bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb, azı 325 nəfər yaralanıb.
Partlayıcı qurğu prezident sarayının və xarici səfirliklərin yerləşdikləri binaların yaxınlığında işə salınıb. Bir çox binalar zədələnib, qapı və pəncərələr qopub. İlkin məlumata görə, Almaniya səfirliyindən bir qədər aralıda minalanmış avtosistern partladılıb.

Partlayış nəticəsində İranın Əfqanıstandakı səfiri yaralanıb.

AzVision.az dəhşətli terrordan görüntüləri təqdim edir:





































Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Əfqanıstan   Terror  





Xəbər lenti