Həmsədrlər İrəvan və Xankəndiyə səfər edəcək

Həmsədrlər İrəvan və Xankəndiyə səfər edəcək
  30 May 2017    Oxunub:1368
ATƏT-in Minsk Qrupunun həmsədrləri iyun ayında İrəvan və Xankəndiyə səfər edəcək.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla İrəvanda keçirdiyi mətbuat konfransında ATƏT-in baş katibi Lamberto Zayner deyib.

Zayner qeyd edib ki, həmsədrlərin səfəri təxminən 10 gün sonra baş tutacaq.

Nalbandyanın fikrincə, ola bilsin ki, həmsədrlərin səfəri zamanı gələcəkdə prezidentlərin görüşünün təşkili üçün XİN rəhbərlərinin görüşü müzakirə olunacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ATƏT   İrəvan  





Xəbər lenti