Bəşər Əsəd İrana qaçdı

Bəşər Əsəd İrana qaçdı
  28 Avqust 2013    Oxunub:1120
Suriya prezidenti Bəşər Əsədin ailəsi ilə birgə qaçdığı bildirilir.
Suriya prezidenti Bəşər Əsəd ailəsi ilə birgə İrana qaçıb . Bu barədə Livanın El Nahar qəzeti yazıb.

Qəzetin İranın diplomatik mənbələrrinə istinadən verdiyi xəbərə görə, ötən gün axşam saatlarında Suriya prezidentinin təyyarəsi Tehranda Beynəlxalq imam Xomeyni aeroportunda yerə enib.

Qeyd olunur ki, Bəşər Əsəd hava limanından birbaşa olaraq İran rəhbərləri ilə ABŞ-ın Suriyaya mümkün hücumunu müzakirə etməyə yollanıb.

Qeyd edək ki, El Nahar qəzeti Livanın Hizbullah qruplaşması ilə yaxın əlaqələri ilə məşhurdur.

AzVision.az


Teqlər:  





Xəbər lenti