Fransada etiraz aksiyaları keçirildi

Fransada etiraz aksiyaları keçirildi
  26 Avqust 2013    Oxunub:1228
Fransızlar öküz yarışlarının keçirilməsinə etiraz edirlər
Demək olar ki, hər şeyə etiraz edən fransızlar bu dəfə öküz yarışlarının təşkil olunmasına sərt narazılığını bildirib. Başqa bir qrupun isə yarışların keçirilməsinə dəstək verməsi isə toqquşmalara səbəb olub. Qarşıdurmalarda azı 8 nəfər yaralanıb. Onlardan biri ciddi xəsarətlər aldığı üçün komaya düşüb.

Dərhal hadisə yerinə gələn polis əməkdaşları, tərəfləri çətinliklə də olsa sakitləşdirə bilib. Etirazçıların iddiasına görə, onlardan bəziləri asayiş keşikçilərini sərt müdaxiləsinə məruz qalıb. Qeyd edək ki, Fransanın cənub şərqindəki 11 qəsəbədə öküz yarışlarının keçirilməsi qanunla icazə verilir.


Teqlər:





Xəbər lenti