Yasamalda iki ev yanıb

Yasamalda iki ev yanıb
  02 Fevral 2017    Oxunub:1119
Bakının Yasamal rayonunda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 24 m² olan birmərtəbəli 1 otaqlı evinin yanar konstruksiyaları və evə bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan birmərtəbəli 6 otaqlı evin dam örtüyü 0.5 m² sahədə yanıb.

Bitişik evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti