Qar yağır Şəhidlər Xiyabanına... - FOTOLAR

Qar yağır Şəhidlər Xiyabanına... - FOTOLAR
  02 Fevral 2017    Oxunub:14699
Qış uyuda bilmir bu oyaq qəmi.
Donub başdaşıtək bir dərdli ana.
Didilmiş gəlinlik paltarı kimi
Qar yağır Şəhidlər xiyabanına

Burda ağlayan kim, burda susan kim?
Bizlərdən məhəbbət umub, küsən kim?
Dən düşür torpağın saçına sanki,
Qar yağır Şəhidlər xiyabanına....


Şəhidlər Xiyabanı bizim milli qürur mənbəyimizdir. Orada Azərbaycanımız uğrunda canlarından keçən qəhrəman oğullarımız, iğidlərimiz uyuyur. Şəhidlərimiz təkcə fəxrlə danışdığımız keçmişimiz deyil, həm də gələcəyimizdir. İstər qar olsun, istər boran - onları unutmamalıyıq!

Nüsrət Kəsəmənlinin illər öncə şeirində yazdığı kimi, bu gün Şəhidlər xiyabanına qar yağırdı. Hər tərəf ağ örpəyə bürünmüşdü. Biz də özümüzə borc bilib, qarlı torpaqda uyuyan şəhidlərimizi yad etdik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

AzVision.az-ın fotoqrafı Elvin Abdullanın Şəhidlər Xiyabanından çəkdiyi fotoları təqdim edirik:





























Qalereya




Teqlər:  





Xəbər lenti