Ata-ana və iki övladı dəm qazından zəhərlənib

Ata-ana və iki övladı dəm qazından zəhərlənib
  30 Yanvar 2017    Oxunub:1562
Hacıqabulda bir ailənin ikisi azyaşlı olmaqla 4 üzvü dəm qazından zəhərlənib.
Məlumata görə, Hacıqabul şəhəri 20 yanvar küçəsində yaşayan rayon sakinləri - 1990-cı il təvəllüdlü Hüseynov Əfqan Rza oğlu, 1994-cü il təvəllüdlü Hüseynova Səadət Zahir qızı, onların övladları - 2011-ci il təvəllüdlü Hüseynli Şükran, 2013-cü il təvəllüdlü Hüseynli Rza dəm qazından zəhərlənmə diaqnozu ilə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirliblər.

Faktla bağlı araşdırma aparılır. (APA)

AzVision.az


Teqlər:





Xəbər lenti