Azərbaycanda tibbi sığorta bahalaşıb - Video

Azərbaycanda tibbi sığorta bahalaşıb - Video
  06 Noyabr 2016    Oxunub:1890
Könüllü tibbi sığorta bahalaşıb. Sığorta şirkətləri bunu tibbi sığorta xərclərinin artması ilə əlaqələndirirlər.
AzVision.az xəzərxəbər-ə istinadən xəbər verir ki, belə ki, manatın məzənnəsindəki dəyişikliklərlə əlaqədar son bir ildə dərmanların qiyməti 20-30 % artıb. Bu da öz növbəsində sığorta qiymətlərinə təsir edir.

Sığorta eksperti Daşdəmir Niftəliyev deyir ki, bahalaşma təkcə dərmanlarda deyil, tibbi xidmətlərin də qiyməti artıb.

Ona görə də hazırda bazarda tibbi sığorta 40-50 faizə qədər bahalaşıb.

Ekspertlər onu da vurğulayırlar ki, ölkəmizdə tibbi sığortanı daha çox fiziki şəxslər deyil, firmalar elətdirirlər.


AzVision.az



Teqlər:





Xəbər lenti