Şəkidə qanunsuz dini ədəbiyyat aşkarlanıb

Şəkidə qanunsuz dini ədəbiyyat aşkarlanıb
  05 Noyabr 2016    Oxunub:1920
Şəki rayon sakininin evindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən dini ədəbiyyat və disklər götürülüb.
AzVision.az xəbər verir ki, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 3-də Turan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Yaşar Əliyevin evinə baxış zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən 28 ədəd dini ədəbiyyat və 2 ədəd disk aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti