Odun yığmağa getdi, meyiti tapıldı - Video

Odun yığmağa getdi, meyiti tapıldı - Video
  05 Noyabr 2016    Oxunub:3677
Zaqatalada ölüm hadisəsi baş verib.
AzVision.az ARB Şəkiyə istinadən xəbər verir ki, at arabası ilə meşəyə odun, çırpı toplamaq üçün gedən rayonun Əliabad sakini Cəbrayılov Cəbrayıl axşam evə gəlmədikdə yaxınları onu axtarmağa gediblər, lakin gecənin qaranlığında tapmayıb qayıdıblar.

Səhər yenidən axtarışa çıxan kənd sakinləri onu və atını meşədə ölmüş vəziyyətdə tapıblar. Yaxınlarının verdiyi məlumata görə, arabanı çıxarmaq istəyən 38 yaşlı Cəbrayıl Cəbrayılov ehtiyatsızlıq ucbatundan üzüaşağı yıxılaraq dünyasını dəyişib.

Fakt araşdırılır.



AzVision.az



Teqlər:





Xəbər lenti