Şirvanda bir ailə evsiz qaldı - Video
Nəticədə orada olan “QAZ-24” və “QAZ-31” markalı minik avtomobilləri, evin 4 otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 153 m2 sahədə yanıb. Ev sahibi, birinci qrup əlil olan qadın yanğından son anda xilas edilib.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. 9 nəfər ailə üzvünü evsiz qoyan yanğına elektrik enerjisində baş verən qısa qapanma səbəb olub.
Faktla bağlı yanğına nəzəarət idarəsində tədqiqat aparılır.
AzVision.az