Şirvanda 7 otaqlı ev və 2 maşın yanıb

Şirvanda 7 otaqlı ev və 2 maşın yanıb
  04 Noyabr 2016    Oxunub:1236
Şirvanda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 306 m2 olan birmərtəbəli 7 otaqlı evin zirzəmisində baş verib. Nəticədə zirzəmidəki 2 ədəd “QAZ” markalı minik avtomobillərinin yanar hissələri və 4 otağın yanar konstruksiyaları 153 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti