Hacıqabulda 8 otaqlı ev yanıb

Hacıqabulda 8 otaqlı ev yanıb
  03 Noyabr 2016    Oxunub:1423
Hacıqabul rayonunda 8 otaqlı evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Hacıqabul rayonu Qarasu kəndində vətəndaşa məxsus ümumi sahəsi 800 m2 olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində bir otağın döşəməsi 3 m2 sahədə və 15 ədəd yataq dəsti qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti