Villası partlayan aparat rəhbəri Türkiyədə vəfat etdi

Villası partlayan aparat rəhbəri Türkiyədə vəfat etdi
  27 Oktyabr 2016    Oxunub:8766
Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan "Azəravtoyol" ASC-nin Aparat rəhbəri Müşviq Abbasov dünyasını dəyişib.
AzVision.az "Report"a istinadən xəbər verir ki, hadisədən sonra M.Abbasov Türkiyəyə aparılıb və oradakı xəstəxanalardan birinə yerləşdirilib.

O, oktyabrın 27-də Ankarada xəstəxanada vəfat edib. Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır.

Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Abbasov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Abbasova ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Abbasova isə ölüb.

M.Abbasov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdiriliblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti