Göygöldə iki azyaşlı faciəli şəkildə ölüb

Göygöldə iki azyaşlı faciəli şəkildə ölüb
  20 Oktyabr 2016    Oxunub:1369
Göygöldə dəm qazından zəhərlənmə olub.
Hadisə Göygöl şəhərinin Babək küçəsində qeydə alınıb. Gəncə sakini, 1976-cı il təvəllüdlü Bahar Abbasova və onun iki azyaşlı övladı dəm qazından zəhərlənib.

Hadisə nəticəsində uşaqlar vəfat edib, qadın Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (Apa)

AzVision.az


Teqlər:





Xəbər lenti