Səsvermədə seçici vəsiqəsi tələb ediləcək

Səsvermədə seçici vəsiqəsi tələb ediləcək
  13 Avqust 2013    Oxunub:1165
ABŞ-ın Şimali Karolina ştatında səs verən zaman seçici vəsiqəsindən istifadə olunacaq.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, ştatın qubernatoru Pet MakKrori qanun imzalayıb. Qanuna görə, səsvermə zamanı seçicilər üzərində foto həkk olunmuş vəsiqədən istifadə edəcəklər. Bu üsulla seçkilərdə şəffaflığın təmin olunacağı bildirilir.

Tənqidçilərin fikirlərinə görə, qanun əslində seçicilərin sayının azaldılmasına yönəldilib. Xüsusilə, Demokrat partiyası üçün səs verənlərin kateqoriyasını - qaradərili, yaşlı, kasıb və gənclərin səsvermədə iştirakını məhdudlaşdırmağı nəzərdə tutur.

AzVision.az


Teqlər:





Xəbər lenti