Məscidi partlatmaq istədi

Məscidi partlatmaq istədi
  12 Avqust 2013    Oxunub:1154
Fransada terror aktı hazırlayan əsgər saxlanılıb
Fransanın Lion şəhərində hərbi qulluqçu yerli məscidə hücumda şübhəli bilinərək saxlanılıb. 26 yaşlı gənc Lionda yerləşən Mon Verden hava qüvvələrində xidmət göstərib.

Fransa Daxili İşlər Nazirliyinin yaydığı məlumatda, hərbçinin məscidi partlatmaq niyyətində olduğu bildirilir. Əsgər eyni zamanda terror aktı törətmək üçün silah saxlamaqda ittiham edilir. Terror aktının Ramazan ayının sonunda həyata keçirilməsi planlaşdırılıb.

Əsgər bundan əvvəl 2012-CI ildə Bordo şəhərindəki məscidə hücumda iştirak edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti