Yer kürəsi asteroidlə toqquşa bilər

Yer kürəsi asteroidlə toqquşa bilər
  10 Sentyabr 2016    Oxunub:2922
Diametri 700 metr olan “2006 BO41” adlı asteroid Yer kürəsinə tərəf hərəkət edir.
Bu barədə NASA məlumat yayıb. Bildirilir ki, sentyabrın 17-də bu kosmik obyekt dünyaya maksimal yaxınlıqdan ötüb keçəcək. Onun planetimizlə toqquşub-toqquşmayacağı alimlər arasında fikir ayrılığı yaradıb. Bu ölçüdə kosmik cismin Yer kürəsinə düşəcəyi təqdirdə isə fəsadların qaçınılmaz olacağı iddia edilir.

Belə ki, bu hadisə baş verəcəyi yerdən asılı olaraq zəlzələlərə və sunamilərə səbəb ola bilər.

NASA “2006 BO41”i 2004-cü ildən müşahidə etməkdədir. Lakin buna baxmayaraq, onun hərəkət trayektoriyasını ehtimal etmək mümkün deyil. Bu göy cisminin dünya ilə toqquşmayacağına zəmanət verilmir.

AzVision.az


Teqlər:  





Xəbər lenti