Azərbaycan `Nabukko`nu seçmədi

Azərbaycan  `Nabukko`nu seçmədi
  26 İyun 2013    Oxunub:1382
Xəzərin Azərbaycan sektorunda qazın işlənməsi üzrə konsorsium Avropaya qaz nəqli üçün "Nabucco West" layihəsini seçməyib. Bu barədə "Nabucco"nun səhmdarlarından biri olan OMV şirkətinin yaydığı xəbərdə deyilir.

"Nabucco" ilə bərabər baxılan ikinci marşrut Transadriatik (TAP) boru kəməri idi, lakin nə TAP, nə də "Şahdəniz" məhz bu layihənin seçilməsi barədə rəsmi açıqlama verməyiblər. Bununla belə, Yunanıstan hökuməti artıq bu marşrutun seçilməsini alqışlayıb. TAP layihəsi Xəzər regionundan Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, buradan da Qərbi Avropaya qaz nəqlini nəzərdə tutur.

Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsi çərçivəsində istehsal ediləcək qaza bu layihənin əsas mənbəyi kimi baxılır. TAP boru kəmərinin ilkin gücü 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyon kubmetr qaz təşkil edəcək.

TAP-ın səhmdarları İsveçrənin AXPO (42,5 faiz), Norveçin "Statoil" (42,5 faiz) və Almaniyanın "E.ON Ruhrgas" (15 faiz) şirkətləridir.

Gün.Az


Teqlər:  





Xəbər lenti