Sürücü həyatını itirib

Sürücü həyatını itirib
  22 İyun 2013    Oxunub:1375
Avtoqəza Zaqatalada baş verib
AzVision.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Zaqatala rayonu, Aşağı Tala kəndində 1980-ci il təvəllüdlü Məmmədov Üzeyir Rəcəb oğlu idarəetməni itirərək "VAZ" markalı minik avtomobilini yol kənarındakı maneəyə çırpıb.

Nəticədə avtomobilin sürücüsü Ü.Məmmədov aldığı ağır bədən xəsarətlərindən vəfat edib. Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə etməklə avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

AzVision.az




Teqlər:





Xəbər lenti