Aysel Əlizadə də AYB-dən çıxdı

Aysel Əlizadə də AYB-dən çıxdı
  06 İyun 2013    Oxunub:4522
Yazıçılar Birliyini daha bir yazar tərk etdi.
Tanınmış yazar Aysel Əlizadə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən çıxıb. A. Əlizadə Lent.az-a açıqlamasında bunu təsdiq edib: “Mən həmkarım Şərif Ağayara Yazıçılar Birliyində olan münasibətə görə bu addımı atdım”.

Gənc yazar onu da qeyd edib ki, Ş. Ağayarın Fikrət Qocanı təhqir etməsinə görə AYB üzvlüyündən çıxarılması doğru deyil: “Buna görə Şərif Ağayarı Fikrət Qocanın evinə, Fikrət Qoca olan məclisə buraxmaya bilərlər. Amma Yazıçılar Birliyi heç kəsin dədəsinin evi deyil ki, kimisə ordan çıxaralar”.

Gənc yazar onu da vurğulayıb ki, özünə hörmət edən hər kəs AYB-dən çıxmalıdır:“Həm də həmin birlik bağlanmalıdır”.

Qeyd edək ki, yazar Rəbiqə Nazimqızı da Azərbaycan Yazıçılar Birliyinin sıralarını tərk edib.



Teqlər:  





Xəbər lenti