Bu rayonlar qazsız qalacaq

Bu rayonlar qazsız qalacaq
  06 İyun 2013    Oxunub:1456
Bir sıra rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.
AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri ilə əlaqədar olaraq, iyunun 6-da saat 10:00-dan 18:00-dək "Oğuz", "Şəki", "Qax", "Balakən" və "Zaqatala" qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Oğuz, Şəki, Qax, Balakən və Zaqatala rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.

Abşeron rayonunun qaz təchizatında da məhdudiyyətlər olacaq. Belə ki,bu gün saat 10:00-dan saat 17:00-dək Müşfiqabad qəsəbəsində yerləşən məcburi köçkün ailələri üçün inşa olunmuş yaşayış kompleksinə gedən qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə adıçəkilən yaşayış kompleksinə təbii qazın verilişində fasilələr yaranacaq.


Teqlər:  





Xəbər lenti