Daha bir bank ittiham olundu

Daha bir bank ittiham olundu
  04 İyun 2013    Oxunub:1328
İsveçrənin UBS bankının Fransadakı filialı barədə rəsmi araşdırmaya başlanılıb. Bank vergi ödəmədən varlı fransız müştərilərə İsveçrədə hesab açmaqda ittiham olunub.
Artıq UBS bankının fransız filialının rəhbəri Jan-Frederik de Less sorğuya çəkilib. Məhkəmə bildirib ki, bankın qanunsuz fəaliyyətini təsdiq edəcək kifayət qədər sübutları vardır. Göstərilən ittihamlar 2002-2007-ci illərə aiddir. Həmin dövrdə bank Fransada vergi ödəmədən fransız müştərilərinə İsveçrədə hesablar açıb. Fransız qanunlarına əsasən, yalnız Fransada qeydiyyatdan keçmiş şirkət və banklar orada müştəri toplaya bilərlər.

İsveçrədə hesab açmış 353 fransız vətəndaşının siyahısı İsveçrə hakimiyyətinə göndərilib. Əgər bank barədə ittihamlar sübut olunarsa, o böyük məbləğdə cərimə olunacaq və Fransada fəaliyyəti üçün lisenziyadan məhrum olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti