“Uşaq yoxsulluğu” müzakirə olunub

“Uşaq yoxsulluğu” müzakirə olunub
  03 İyun 2013    Oxunub:1211
Millət vəkili uşaq yoxsulluğundan danışdı
Bu gün Parisdə keçirilən Avropa Şurası Parlament Assambleyasının Sosial məsələlər, səhiyyə və davamlı inkişaf üzrə komitə iclasında “Avropada uşaq yoxsulluğu” mövzusunda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva məruzənin ilkin variantını komitəyə təqdim edib. Deputat müzakirə ediləcək məsələyə münasibətini bildirib.

Sevinc Fətəliyeva bildirib ki, bütün dünyada uşaqlar yetkinlik yaşına çatana qədər ailənin maliyyə vəziyyətindən asılıdır və bunu dəyişə bilməzlər: «Qarşımızda bir neçə sual qoyuruq: Yoxsulluq uşaqlar üçün nədir? Gəlirlər uşaqların günlük həyatına necə təsir edir ? Kifayət qədər qida, təhsilin keyfiyyəti və şəraiti, yaşadığı yer və məkan, ailədəki mühit, ailədaxili zorakılıq,evsizlik,sosial və tibbi servisin təmini, valideyinlərin işsizliyi və maddi durumun aşağı səviyyəsi- butün bunların uşaq yoxsulluğuna təsiri araşdırılmalıdır. Müasir dövrdə dünyada baş verən maliyyə böhranın qurbanı olan ölkələrdəki iqtisadi vəziyyət yoxsulluğun əsas səbəblərindəndir. Əgər Avropanın gələcəyindən söhbət gedirsə, bu gündən bu sahədə fəaliyyəti gücləndirməliyik. Məruzənin əsas məqsədi- uşaq siyasətini prioritet məsələyə çevirmək , Avropa Şurasına üzv ölkələrin xüsusi milli strategiyasının yaranmasına təkan verməkdir”-deyə millət vəkili qeyd edib.

Çıxışdan sonra komitə üzvlərinin müzakirəsindən sonra, məruzə qəbul edilib.

Şahanə Rəhimli


Teqlər:





Xəbər lenti