Məşhur bankın adı qalmaqalda

Məşhur bankın adı qalmaqalda
  03 İyun 2013    Oxunub:1455
Britaniyanın “Barclays” bankı “Liberty Reserve” ödəniş sistemində çirkli pulların yuyulması ilə bağlı yeni qalmaqala düşüb. Nyu-York prokurorluğunun apardığı araşdırmaya görə, Liberty Reserve sisteminin sahibi Artur Budovski Britaniya bankının İspaniya filialında hesab açıb. Lakin hesabın nə məqsədlə açıldığı məlum deyil.
Müstəntiqlərin məlumatına görə, hakerlər, narkotika alverçiləri və uşaq pornoqrafiyasının satıcıları öz çirkli gəlirlərini Liberty Reserve xidməti vasitəsilə idarə ediblər. Yeddi il ərzində Liberty Reserve sistemi 55 milyon dollarlıq qanunsuz maliyyə transaksiyası həyata keçirib.

2006-cı ildə Artur Budovski və Vladimir Kas qanunsuz pul köçürmələrinə görə ABŞ-da beş il azadlıqdan məhrum ediliblər. Budovski sonra ABŞ vətəndaşlığından imtina edib və Kosta-Rikaya köçüb. Burada şəriklər Liberty Reserve şirkətini qeydiyyatdan keçiriblər və birinci il anonim olaraq pul köçürmələri ediblər. Pul köçürmələri Rusiya, Nigeriya, Malayziya, Vyetnam və başqa ölkələrin bankları vasitəsilə həyata keçirilib.

İstintaqın məlumatına görə, Liberty Reserve-də hesab sahiblərinin gəlirləri onlarla milyon dollar təşkil edib. Budovski və Kas bir neçə şəxslə birgə həbs olunub. Onlar lisenziyasız pul köçürmələrində ittiham olunublar. Əgər onlar barədə ittihamlar təsdiqlənərsə, Budovski və Kası 20 il həbs cəzası gözləyir.

AzVision.az


Teqlər:





Xəbər lenti