Bakı-Qazax yolunda ağır qəza

  03 İyun 2013    Oxunub : 607
Bakı-Qazax yolunda ağır qəza
Ölən var
AzVision.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı-Qazax yolunun 53-cü kilometrliyində “BMW” markalı minik avtomobili ilə “KAMAZ” markalı yük avtomobili toqquşub.

Nəticədə, “BMW” markalı nəqliyyat vasitəsi ağır deformasiyaya uğrayıb və avtomobildə olan sərnişin Nəzirov Elçin Novruzağa oğlu hadisə zamanı həlak olub.Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə həlak olmuş şəxsin meyitini avtomobildən çıxarıb

AzVision.az

Teqlər: