Türkiyənin iqtisadiyyat naziri Bakıya gəlir

Türkiyənin iqtisadiyyat naziri Bakıya gəlir
  23 May 2013    Oxunub:1322
Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan Azərbaycana gələcək.
Türkiyənin İqtisadiyyat Nazirliyindən AzVision.az-a verilən məlumata görə, nazir mayın 24-də keçiriləcək Türkiyə-Azərbaycan-Gürcüstan Biznes Forumununun 3-cü toplantısında iştirak etmək üçün Bakıya səfər edəcək. Z.Çağlayan səfəri çərçivəsində Azərbaycan və Gürcüstanın iqtisadiyyat nazirləri ilə də görüşəcək.

Qeyd edək ki, keçiriləcək Türkiyə-Azərbaycan-Gürcüstan Biznes Forumununun ilk toplantısı 2012-ci 16 fevralda Tiflisdə, 2-ci toplantısı 2012-ci ilin 9 iyun tarixində Türkiyənin Qars şəhərində keçirilib. Azərbaycanın ev sahibliyi edəcək 3-cü toplantısı isə 24-25 may tarixlərində Qəbələdə keçiriləcək.

S.İltifatqızı


Teqlər:





Xəbər lenti