Azərbaycanlıların ən məhsuldar günü

Azərbaycanlıların ən məhsuldar günü
  20 May 2013    Oxunub:1509
İş bazar ertəsindən etibarən başlayır, amma işçilər tərəfindən həftənin məhsuldarlığı işin başlanğıc günü ilə ölçülmür. Məhsuldar gün işçilərin işə tamamilə cəmləşdikləri vaxt olur.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, sorğuya cəlb olunmuş insanların 34 %-i işləmək üçün ən məhsuldar günü çərşənbə, 21 % isə cümə axşamı olduğunu bildirib. Sorğuya cəlb olunanların 19 %-i cümə gününü, 10 %-i bazar ertəsini məhsuldar gün hesab etdikləri halda, 8 % çərşənbə axşamı və şənbə günündə dayanıblar.

100 % respondentin 49 %-i şənbə günləri, 33 %-i həftənin beş günü işləyir. 18 % növbəli qrafikə malik olduğunu bildirib. Əməyin ən geniş yayılmış forması - şənbə günü qısa iş günü olmaqla altı günlük iş rejimi - tam məşğuliyyətdir. Lakin respondentlərin çoxu beş günlük iş rejiminə üstünlük verdiklərini söyləyiblər.

Sorğuya cəlb olunanların 42 %-i bazar ertəsini, 34 %-i isə cümə gününü ən ağır gün hesab ediblər. İşçilərin fikrincə həftənin digər günlərində iş praktik olaraq bərabər bölünür. Çərşənbə günü – 10 %, çərşənbə axşamı və cümə axşamı – 6 %, şənbə günü – 2 % respondent üçün ən ağır gün hesab olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti