İqtisadiyyat nazirləri Bakıya gəlir

İqtisadiyyat nazirləri Bakıya gəlir
  13 May 2013    Oxunub:1321
Türkiyənin və Gürcüstanın iqtisadiyyat nazirləri Azərbaycana gələcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunan AzVision.az-a verilən xəbərə görə, nazirlərin ölkəmizə səfərlərinin məqsədi bu il mayın 25-də Qəbələ şəhərində İqtisadi İnkişaf Nazirliyi və Azpromo-nun təşkilatçılığı keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda iştirak etməkdir.

Forumda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan, Gürcüstanın iqtisadiyyat naziri Georgi Kvirikaşvili və digər rəsmi və iş adamlarının iştirakı gözlənilir.

Tədbir zamanı Azərbaycanın nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə Türkiyə və Gürcüstan iş adamları arasında özlərinə tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.




Teqlər:  





Xəbər lenti