Yağış yağacaq, çiskin olacaq
Havanın temperaturunun gecə 8-11, gündüz 13-17 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və axşam 85-95, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə noyabrın 16-da hava şəraitinin qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
Teqlər: