Azərbaycanda 22 nəfər həbs edilib

Azərbaycanda 22 nəfər həbs edilib
  15 Noyabr 2014    Oxunub:1771
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 65 cinayət faktı qeydə alınmış, onların da 17-si “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 22 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti