Qaz borusuna çırpıldı, öldü

Qaz borusuna çırpıldı, öldü
  01 May 2013    Oxunub:1511
Bu gün gecə saatlarında baş verən yol qəzası nəticəsində 1 nəfər dünyasını dəyişib.
Gecə 01:45 radələrində Suraxanı rayonu ərazisində Bakı şəhər sakini Elçin Mahmudov idarə etdiyi "Chevrolet" markalı avtomaşını yolun kənarındakı qaz borusuna vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nəticədə xəsarət almış E.Mahmudov və sərnişinləri, həmyerlisi Vüqar Ağayev və Sumqayıt şəhər sakini Aqil Hüseynov xəstəxanaya yerləşdiriliblər.

Məlumata əsasən, E.Mahmudov oradaca ölüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti