Yol 16 günlük bağlandı

  29 Aprel 2013    Oxunub : 419
Yol 16 günlük bağlandı
Bu gündən etibarən 16 gün müddətinə hərəkət tam məhdudlaşdırılıb.
Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunda asfalt-beton örtüyün salınması ilə əlaqədar 10-cu km-dən 40-cı km-ə qədər olan hissəsində hərəkət bu gündən etibarən 16 gün müddətinə hərəkət tam məhdudlaşdırılıb.

"Azəryolservis" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, sözügedən istiqamətdə hərəkət edən vətəndaşlar alternativ yol kimi Sabirabad-Surra-Padar, Kür körpüsündən keçməklə Sabirabad-Şirvan və digər yollardan istifadə edə bilərlər.

Teqlər: