Ağır yol qəzasında 3 nəfər ölüb

Ağır yol qəzasında 3 nəfər ölüb
  29 Aprel 2013    Oxunub:1228
Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
AzVision.az Qurumun saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda “VAZ” və “RENO” markalı 2 minik avtomobili toqquşub.

FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 3 nəfər qəzada ölüb.

FHN-in xilasediciləri deformasiyaya uğrayan avtomobildən meyiti çıxararaq ailələrinə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti