Cəbhədə vəziyyət gərgin olaraq qalır

Cəbhədə vəziyyət gərgin olaraq qalır
  29 Aprel 2013    Oxunub:1359
Ermənilər yenə atəşkəs rejimini pozub
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun işğal olunmuş Qızıl Oba, Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Əbdülrəhmanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:  





Xəbər lenti