Sabah əsl yay olacaq

Sabah əsl yay olacaq
  26 Aprel 2013    Oxunub:1292
Aprelin 27-də Azərbaycan ərazisində hava yağmursuz olacaq, temperatur bəzi yerlərdə 30 dərəcəyə yüksələcək
Bakı və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin dəyişkən buludlu, gündüz arabir tutulacağı gözlənilir.


Mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 7-12, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 20-25, bəzi yerlərdə 28-30, dağlarda gecə 1-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 3-8 dərəcə şaxta, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcəyədək isti olacaq.

Respublika ərazisində yaxın bir neçə günə proqnozlaşdırılan əlverişli hava şəraiti kənd təsərrüfatı bitkilərinin vegetasiyasını sürətləndirəcək. Torpağın şum qatında temperaturun 14-18 dərəcəyə yüksəlməsi səpilmiş çiyidin, qarğıdalının cücərməsinə müsbət təsir edəcək. Belə hava şəraiti əksər rayonlarda payızlıq dənli bitkilərin sünbülləmə mərhələsinin başlanması, bostan və tərəvəz bitkilərinin əkilməsi çoxillik otların inkişafı üçün əlverişli olacaq.


Teqlər:





Xəbər lenti