Regionlarımızda televiziya və radiolar yaradılacaq

Regionlarımızda televiziya və radiolar yaradılacaq
  26 Aprel 2013    Oxunub:1391
“Regionlarda televiziyaların yaradılması məsələsi hər zaman bizim diqqətimizdədir”.
AzVision.az xəbər verir ki, bunu MTRŞ sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib.

Şura sədri qeyd edib ki, regional kanalların yaradılması üçün ilk öncə bölgələrdə kadr potensialının, maddi-texniki bazanın olması vacibdir:

“Hazırda regionlarda mövcud olan telekanalların vəziyyəti bizə bu məsələdə tələsməməyə əsas verir”-deyə şura sədri əlavə edib.

Regionlarda radioların da yaradılmasında maraqlı olduqlarını bildirən N. Məhərrəmli, bu istiqamətdə də gələcəkdə işlərin görüləcəyini bildirib.

Anar


Teqlər:





Xəbər lenti