Peyvəndlərin vaxtı SMS-lə bildiriləcək

Peyvəndlərin vaxtı SMS-lə bildiriləcək
  26 Aprel 2013    Oxunub:1622
Profilaktik peyvəndlərin vaxtı barədə SMS vasitəsilə xəbərdarlıq ediləcək.
Xidmətin məqsədi Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”ndən uşaqların növbəti profilkatik peyvəndlərin adı və vaxtı barədə məlumatların mobil telefon rabitəsinin qısa messaj (SMS) xidməti vasitəsilə özləri və ya onların qanuni nümayəndələri tərəfindən əldə olunmasıdır.

Xidmətdən istifadə etmək istəyənlər mobil telefon vasitəsilə 9103 nömrəsinə PEYVEND sözünü və uşağın 12 rəqəmli Unikal kodunu qısa mesaj (SMS) göndərir. Qısa müddət ərzində sistem növbəti peyvənd barədə məlumatları abonentə göndərilir. Əgər immunoprofilaktika təqviminə görə peyvənd nəzərdə tutulmayıbsa müvafiq məlumat verilir.
Xidmətdən Azercell, Bakcell, Azerfon(Nar) istifadəçiləri yararlana bilərlər.

Qısa messajın (SMS) nümunəsi:
Kimə: 9103
Text: PEYVEND 000000000000



Teqlər:





Xəbər lenti