Hava dəyişkən olacaq

  25 Aprel 2013    Oxunub : 586
Hava dəyişkən olacaq
Hava dəyişkən buludlu olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə hava şəraitinin gündüz əsasən yağmursuz olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 20-25, bəzi yerlərdə 27 dərəcəyədək isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə gecə 9-14 dərəcə şaxta, gündüz 5-10, bəzi yerlərdə 15 dərəcəyədək isti olacağı gözlənilir.

Teqlər: